Onlayn ictimai-siyasi qəzet
Millinin sabiq müdafiəçisi Mahir Şükürovun işsiz günləri başa çatıb.
AFFA onu yaxınlarda həyata keçirməyi planlaşdırdığı yeni layihəyə cəlb edib.
Layihə əsasən uşaq futbolu ilə bağlıdır və regionları əhatə eləyəcək.
Şükürovla yanaşı, bir neçə veteran da bu proyektin icrasında pay sahibi olacaq.
Yığmada ən çox oyun keçirən futbolçulardan biri olan Mahir necə vaxt idi ki, heç yerdə çalışmırdı.
Bugünlərdə onun «Neftçi»yə təyinat alacağı, yeni baş məşqçi Adrian Mutunun korpusunda yer alacağı gözlənilsə də, göründüyü kimi, bu, reallaşmayıb./SPORTİNFO.AZ
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ