İnsanlara hürriyət, millətlərə istiqlal!

AFAD Türkiyədə ikinci əl yardımların qəbul olunmadığını elan edib

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən ikinci əl yardımların qəbul olunmadığı elan edilib.

"Report" xəbər verir ki, bunu Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanın dövlət və özəl qurumlarının dəstəyi ilə yaradılmış "Qardaş köməyi" dəstək platformasının rəhbəri Rəşad Cabirli bu platformanın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Türkiyəyə edilən yardım ehtiyac siyahısına uyğundur.

Platforma rəhbəri ikinci əl məhsulların necə istifadə olunması məsələsinə toxunaraq bildirib: "Bu barədə dəqiq məlumat yoxdur. Biz toplama məntəqələrindən ikinci əl məhsulları qəbul edərək aidiyyəti üzrə göndərəcəyik. Bu məsələlər dövlət qurumları ilə koordinasiya olunur".

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR