Onlayn ictimai-siyasi qəzet
Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.
Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər.
Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.
Musavat.com-a daxil olan məlumatda saxlanılan şəxsin Xəzər İcra Hakimiyyəti başçısının müavini Əfsər Mirzəliyev olduğu iddia edilirdi. Başçı müavini redaksiyamızla əlaqə saxlayaraq aeroportda saxlanılan şəxslə sadəcə ad, soyadının üst-üstə düşdüyünü bildirib. Ölkədən çıxmadığını əlavə edib.
Yalnış məlumata görə oxucularımızdan və başçı müavinindən üzr istəyirik.
Qeyd edək ki, yayılmış məlumatda Əfsər Mirzəliyevin vəzifəli şəxs olduğu və dövlət qurumlarından birində məsul vəzifədə çalışdığı qeyd olunub.
Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ