İnsanlara hürriyət, millətlərə istiqlal!

AEBA-nın Baş direktoru: "Zaporojye AES-də vəziyyət getdikcə pisləşir”

“Zaporojye Atom Elektrik Stansiyasında (AES) vəziyyət getdikcə pisləşir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi martın 29-da stansiyadakı vəziyyətlə tanış olduqdan sonra keçirdiyi mətbuat konfransında deyib.

O, ərazidə hərbi əməliyyatların gücləndiyini bildirib: “Vəziyyət yaxşılaşmır, əksinə, hərbi əməliyyatlar intensivləşir”.

R.Qrossi həmçinin bildirib ki, Zaporojye AES-i hər cür hücumdan qorumaq üçün bütün mümkün tədbirlər görülməlidir.

O, bu AES-in Avropanın ən böyük atom elektrik stansiyası olduğunu xatırladıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR