İnsanlara hürriyət, millətlərə istiqlal!

AEBA-nın baş direktoru: “İranın nüvə sazişi ətrafında vəziyyət dalana dirənib”

“İranın nüvə sazişi ətrafında vəziyyət dalana dirənib”.

“Report” xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bəyan edib.

O, İrana gedə biləcəyinə ümid etdiyini bildirib: “Dalan mövcuddur. Agentlik və şəxsən mən bu cür dəyişkən və təhlükəli məsələ ətrafında bu siyasi boşluğu tərk etmək istəmirik”.

Onun sözlərinə görə, İran uranın zənginləşdirilməsi, inkişaf etdirilməsi və getdikcə daha təkmil sentrifuqaların yaradılması prosesində irəliləyir, bu da narahatlıq doğurur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR