İnsanlara hürriyət, millətlərə istiqlal!

ADY sərnişinlər üçün əlavə ödənişsiz avtobuslar və qatarlar təyin etdi - gecikməyə görə 

İyunun 19-da Ağstafadan Bakıya saat 17:30-da yola düşən 705 nömrəli sərnişin qatarı Dəllər və Goran stansiyaları istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 2 saatdan çox yolda qalıb.

Musavat.com xəbər verir ki, bu barədə ADY sosial şəbəkədə bildirib.

“Bu səbəbdən sərnişinlərin Bakıya çatdırılması üçün Hacıqabul stansiyasından Bakı istiqamətinə ödənişsiz avtobuslar ayrılıb.

Eyni zamanda sərnişinlərin mənzilbaşına rahat və təhlükəsiz çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə qatar reysləri təyin edilib.

ADY yaranmış problemə görə sərnişinlərindən üzr istəyir, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün kompleks tədbirlər üzərində işləyir”, – məlumatda bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR