İnsanlara hürriyət, millətlərə istiqlal!

ADNOC və Çin şirkəti BƏƏ-də neft hasilatına başlayıb  


Abu Dabi Milli Neft Şirkəti (ADNOC) və Çin Milli Neft Korporasiyası (CNPC) Birləşmiş Ərəb Əmirliklərinin Belbazem dəniz blokunda neft hasilatına başlayıb.

Musavat.com xəbər verir ki, müvafiq bəyanat ADNOC saytında dərc olunub.

Əbu-Dabidən 120 km şimal-qərbdə yerləşən Belbazem bloku ADNOC (60 faiz) və CNPC (40 faiz) arasında birgə müəssisə olan Al Yasat Petroleum tərəfindən işlənir. Blokun operatorunun neft hasilatını sutkada 45 min barelə, qaz hasilatını isə 764,5 min kubmetrə çatdırması planlaşdırılır.

2017-ci ilin fevralında ADNOC və CNPC arasında 1,77 milyard dollar dəyərində konsessiya müqaviləsi bağlanıb.Sənədə uyğun olaraq, Çin korporasiyası ADNOC-un qurudakı konsessiyasında 40 il müddətinə qüvvədə olan 8 faiz pay alıb.

Qeyd edək ki, ANOC 2023-cü ildə Azərbaycanın “Abşeron” qaz-kondesat yatağının işlənməsi layihəsində 30 faiz pay alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR