İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Hərbi Hava Qüvvələri İranda 100-dən çox hədəfə zərbə endirdi – 200-dən çox qırıcı iştirak edib  

İsrail Müdafiə Qüvvələrinin yaydığı rəsmi məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çox qırıcı təyyarəsi İranda 100-dən çox strateji hədəfi vurub.

Musavat.com xəbər verir ki, zərbələr əsasən yüksək rütbəli İran hərbi komandirlərinin rezidensiyalarına və hərbi obyektlərə yönəlib.

Açıqlamada qeyd olunub ki, əməliyyatlar İranın müxtəlif bölgələrində həyata keçirilib və məqsəd İranın hərbi və komanda infrastrukturuna ciddi zərbə endirmək olub.
"Bu, İranın regiondakı fəaliyyətlərinə cavab olaraq həyata keçirilmiş genişmiqyaslı əməliyyatdır," – deyə bəyan edilib.

Qeyd edək ki, bu, İsrailin son illərdə İrana qarşı həyata keçirdiyi ən iri miqyaslı hava hücumudur. Hücumun nəticələri, dağıntılar və itkilərlə bağlı dəqiq məlumatlar hələlik açıqlanmayıb, lakin İran rəsmiləri tərəfindən təsdiqlənən ölənlər arasında yüksək rütbəli SEPAH generalları və nüvə sahəsində çalışan alimlər də var.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR