Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin vitse-spikeri Adil Əliyevin qardaşı, ehtiyatda olan polis polkovniki Allahverdi Əliyev dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
A.Əliyev sabah Şüvəlan qəsəbəsi Mir Mövsüm Ağa ziyarətgahındakı məzarlıqda dəfn ediləcək.
Qeyd edək ki, Allahverdi Əliyev uzun illər polis sistemində yüksək vəzifələrdə çalışıb. Onun pensiyaya çıxarkən son iş yeri DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu üzrə polis şöbəsinin rəisi vəzifəsi olub.
Adil Əliyevin köməkçisi Bəhruz Müslümov məlumatı saytımıza təsdiqləyib.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ