İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul edib

13 dekabr tarixində Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisdə şəhid ailələrinin, qazilərin, habelə müraciət edən vətəndaşların qəbulunu keçirib.

Musavat.com xəbər verir ki, qəbul zamanı vətəndaşlar tərəfindən qaldırdılmış müxtəlif sosial, məişət, humanitar, təhsil kimi müraciətlərin bir qismi vitse-spiker tərəfindən yerindəcə həll olunub.

Vətəndaşlar tərəfindən qaldırılan digər müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular göndərilib. Müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələblərinə dair hüquqi izahlar verilməklə, müraciətlərə yüksək həssaslıqla yanaşılması diqqətə çatdırılıb.

Eləcə də, vətəndaşların qəbulu, müraciətlərinin həlli istiqamətində ölkə rəhbərliyinin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Sədr müavini tərəfindən mütəmadi olaraq Milli Məclisdə və deputat ofisində vətəndaşlarla qəbullar, yerlərdə görüşlər keçirilir. Habelə, Milli Məclis sədrinin müavininin ünvanına daxil olan müraciətlər tam, hərtərəfli araşdırılır və həllinə nail olmaq məqsədilə qanunvericiliyə uyğun olaraq bütün addımlar atılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR