Onlayn ictimai-siyasi qəzet
İstanbulda həyata keçirilən əməliyyatlar çərçivəsində daha bir tanınmış şəxs saxlanılıb.
“Qafqazinfo” “Sözcü”yə istinadən xəbər verir ki, saxlanılanlar arasında iş adamı, “TV8”in rəhbəri Acun Ilıcalının keçmiş bacanağı, sosial media fenomeni Şeyma Subaşının bacısının həyat yoldaşı Merthan Açıl da var.
Onun rəhbərlik etdiyi şirkətin İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən elan edilmiş 335 milyon TL dəyərində tenderlərin qalibi olduğu bildirilir. Bu tenderlər üzrə layihələrin hamısının növbədənkənar həyata keçirildiyi deyilir.
Qeyd edək ki, Merthan Açılın sahibi olduğu “Creative Medya Reklam A.Ş” təşkilatçılıq sahəsində fəaliyyət göstərir, əsasən konqres, sərgi, konsert, festival və sair bu kimi tədbirlərin həm reklam, həm də təşkilati işlərini həyata keçirir.
Xatırladaq ki, əməliyyatlar çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da saxlanılıb.
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ