İnsanlara hürriyət, millətlərə istiqlal!

Aclıq hesabatı: 2,3 milyard nəfər qıtlıq çəkir

2021-ci ildə ərzaq çatışmazlığından əziyyət çəkənlərin sayı 828 milyon nəfərə çatıb. Novator.az-ın məlumatına görə, BMT-nin yaydığı məruzədə qeyd olunur ki, aclıqla üzləşən şəxslərin sayı 2020-ci illə müqayisədə 46 milyon nəfər artıb.

Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı, Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondu, Uşaq Fondu, Ümumdünya Ərzaq Proqramı və Dünya Səhiyyə Təşkilatının birgə hesabatında qeyd olunur ki, Yer kürəsində 2,3 milyard adam bu və ya digər dərəcədə ərzaq çatışmazlığı içindədir, 924 milyona yaxın şəxs kəskin qıtlıq yaşayır.

Dünya Səhiyyə Təşkilatının açıqlamasına əsasən, hər il 11 milyon adam düzgün qidalanmamaq nəticəsində vəfat edir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR