İnsanlara hürriyət, millətlərə istiqlal!

Açıqlandı: Türkiyə Dəməşqdə hərbi baza qurur - VİDEO

Türkiyənin siyasi analitiki və jurnalist Sinan Burhan, Ankarada müzakirə olunan vacib bir məlumatı ictimaiyyətə açıqlayıb. Onun sözlərinə görə, Türkiyə (Dəməşq) arasında bir sıra strateji əməkdaşlıq planları gündəmdədir.

Musavat.com bildirir ki, Sinan Burhan, çıxışı zamanı aşağıdakı məsələlərin müzakirə edildiyini vurğulayıb:

1. Türkiyə ilə Dəməşq (Şam) arasında hərbi əməkdaşlıq sazişi imzalanması;
2. Türkiyə ilə Dəməşq (Şam) arasında Akdenizdə, Liviyadakı kimi enerji və dəniz sahələri ilə bağlı strateji razılaşmalar;
3. Türkiyənin Dəməqşdə (Şamda) hərbi baza qurması;
4. Türkiyənin Tartus bölgəsində dəniz bazası təsis etməsi.

Bu planlar Türkiyənin Orta Şərqdəki hərbi və diplomatik təsirini daha da gücləndirmək məqsədi güdür. Dəməşq ilə hərbi baza razılaşmasının, xüsusilə Suriya və Türkiyə arasındakı münasibətlərin yeni bir mərhələyə keçməsi kimi qiymətləndirildiyi bildirilir. Tartusda dəniz bazası isə Türkiyənin Aralıq dənizindəki strateji mövqeyini daha da gücləndirəcək.

Türkiyənin belə bir addım atmasının həm regional təhlükəsizliyə, həm də qlobal güc balansına təsir edəcəyi gözlənilir. Bu cür hərbi və strateji bazalar, Türkiyənin geopolitik gücünü artıraraq, Aralıq dənizi və Yaxın Şərqdə daha geniş təsir dairəsi təmin edə bilər.

Sinan Burhanın açıqlaması ilə bağlı videonu buradan izləyə bilərsiniz: 

Bu məlumat Türkiyənin yaxın dövrdə Suriya ilə münasibətlərdə hansı strategiyaları seçəcəyinə işıq salır və geniş müzakirələrə səbəb olacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR