İnsanlara hürriyət, millətlərə istiqlal!

Abuzərin 2 minlik təklifinə aldanan Cəfərov 7 il 6 ay həbsdə qalacaq

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli bilinərək saxlanılan Fuad Cəfərov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, 49 yaşlı Fuad Cəfərov 7 il 6 ay həbs cəzası alıb.

İstintaqla müəyyən edilib ki, Cəfərov sosial şəbəkədə tanış olduğu İran vətəndaşı Abuzər adlı şəxsin tapşırığı ilə Mərdəkanda olan narkotiki götürüb başqa bir ünvana çatdırmalı imiş.

Cəfərov deyib ki, 5 min manat borcu olduğu üçün Abuzərin bu təklifi ilə razılaşmalı olub. O, Abuzərin dediyi yerdən 29 bağlama narkotiki götürərək özünə məxsus “Toyota Prius” markalı avtomobilə yerləşdirib. Narkotiki götürdüyü ərazidən uzaqlaşmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Fuad Cəfərov daha əvvəl də narkotik ittihamı ilə məsuliyyətə cəlb olunduğunu etiraf edib.

Əməliyyat zamanı ələ keçirilən narkotik vasitə olan qurudulmuş marixuananın ümumi çəkisi 28 kiloqram 900 qram olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR