İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeron rayonunda abadlıq-təmizlik işləri davam etdirilir (FOTO)

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramının ilk çərşənbəsindən başlanan iməclik tədbirləri bayramın son günlərinə qədər hər həftənin şənbə və bazar günləri davam etdirilir. Abadlıq-təmizlik və ağacəkmə işlərində rayonun kənd-qəsəbə bələdiyyələri və inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri iştirak edib. 

Bu tədbirlər çərçivədində Görədil kəndində Ağəli Məşədioğlu küçəsinə və Yeni Yaşayış Massivindəki küçələrə asfalt örtüyü çəkilib, küçə işıqlandırılması istiqamətində kabellər çəkilərək işıq dirəkləri bərkidilib. Novxanı kəndində şəhid Xudayar Yusifzadə və Əzim Əzimzadə küçələri alfaltlanmış, kəndin qədim ərazilərində isə genişmiqyaslı abadlıq işləri həyata keçiriib.




Güzdək qəsəbəsində küçə işıqlandırılması işlərinə başlanılmış, Pirəkəşkül qəsəbəsinin əsas prospekti tamamilə yenidən qurularaq asfaltlanmış, işıq dirəkləri və təhlükəsizlik kameraları quraşdırılıb. Qobu qəsəbəsinin yeni yaşayış massində kanalizasiya xətləri çəkilmiş, yağış sularının axıdılması üçün infrastruktur yaradılıb. Qəsəbənin daxili küçələrində, o cümlədən Qobu-Güzdək yolunda  gecə işıqlandırması təmin etmək məqsədi ilə kabel xətləri çəkilmiş və işıq dirəkləri bərkidilmişdir. Rayonun Saray qəsəbəsinin Mikayıl Müşfiq küçəsində 2 kilometr uzunluğunda su xəttinin yenilənməsi işlərinə başlanılıb, Həsən bəy Zərdabi küçəsində isə böyük ağacəkmə və abadlıq işləri həyata keçirilmişdir. Eləcə də Saray-Novxanı yolunda köhnə kanalizasiya xətlərinin dəyişdirilməsi işlərinə başlanılıb.



Abadlıq-təmizlik və ağacəkmə işləri çərçivəsində magistral yolların, küçə və prospektlərin, məhəllədaxili yolların və dalanların, yaşayış binalarının ətrafı tikinti və məişət tullantılarından təmizlənmiş, texniki vasitələrlə ərazidən uzaqlaşdırılmışdır. Bundan əlavə yaşıllıq sahələrində mövsümi işlər görülmüş, park və bağlarda ağaclara aqroqulluq göstərilib.





ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR