İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Rusiya kəşfiyyatının rəhbərləri nədən danışıb-maraqlı gəlişmə

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin 2023-cü il iyunun sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə danışdığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Sergey Narışkinin sözlərinə görə, tərəflər “Ukrayna ilə nə etmək lazımdır” mövzusu ətrafında müzakirə aparıblar.

"Bəli, həqiqətən də ötən ayın sonunda belə bir söhbət baş tutub. Amerikalı həmkarımın mənə 24 iyun hadisələri (Priqojin qiyamı-red.) ilə bağlı telefon etdi. Mənim baş verənlərlə bağlı cavabımın nə olduğu aydındır. (Narışkin nəyin aydın olduğuna izahat gətirməyib).

Mənə elə gəlir ki, bu mövzu Börnsə sadəcə zəng etmək üçün bir səbəb idi. Çünki söhbətin əsas hissəsi Ukrayna ətrafında gedən proseslərin müzakirəsinə yönəlmişdi. Biz Ukrayna ilə nə edəcəyimizi götür-qoy etdik”,-deyə Narışkin bildirib.

Rusiya xarici kəşfiyyatının rəhbərinin sözlərinə görə, MKİ direktoru ilə söhbət təxminən bir saat davam edib.

Narışkin MKİ rəhbəri ilə şəxsi görüşün olacağını istisna etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR