İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Rusiya arasında casus mübadiləsi baş tuta bilər

Rusiya tarixində ilk dəfə olaraq Qərb müxbiri casusluqda ittiham edilib. Xəbər verildiyi kimi, WSJ-nin jurnalisti Evan Gerşkoviç Yekaterinburqda casusluqda şübhəli bilinərək saxlanılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, jurnalist ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplamaqda şübhəli bilinir.

“Bu, xarici jurnalistə qarşı ilk casusluq ittihamı sayılır. Rusiyada praktikada əvvəllər belə hal olmayıb. Bundan əvvəl Rusiyada yerli jurnalistlərə qarşı - Qriqori Pasko və İvan Safronova iki xəyanət ittihamı irəli sürülüb. Ancaq əcnəbi jurnalistlə bağlı bu, yeni haldır”, - deyə “Perviy otdel” təşkilatının hüquqşünası Yevgeni Smirnov Rusiya mediasına müsahibəsində bildirib.

Hüquqşünas hesab edir ki, bu yolla FTX və ölkə rəhbərliyi cəmiyyətə nəyi etmək olar, nəyi etmək olmaz siqnalı verir. “Müharibə ərəfəsində İvan Safronovun işi aydın bir siqnal verdi ki, siz hərbi mövzularla məşğul ola bilməzsiniz, dövlətin bizə dediyindən başqa heç nə yaza bilməzsiniz”, - deyə hüquqşünas vəziyyəti izah edib.

Amerikalı jurnalistin yoxa çıxması barədə ilk xəbəri yerli PR adamı Yaroslav Şirşikov verib. Onun sözlərinə görə, Gerşkoviç ondan iki həftə əvvəl Yekaterinburqda müsahibə alıb. Jurnalist Rusiya cəmiyyətinin “Vaqner” ÖHŞ-yə münasibəti barədə material hazırlayırmış.

Daha sonra “Veçerniye Vedomosti” saytı “Bukowski Grill” restoranında bir nəfərin saxlanıldığını, başına torba keçirilərək maşına mindirildiyini yazıb. Şirşikovun sözlərinə görə, o, jurnalistlə məhz bu restoranda nahar edib. Səhər FTX həbsi təsdiqləyib. Amerikalı media mənsubuna casusluq maddəsi ilə cinayət işi açılıb, jurnalisti 20 ilə qədər həbs gözləyir.

Evan Gerşkoviçin konkret hansı müəssisə ilə maraqlandığı barədə xüsusi xidmət orqanları məlumat vermir. Sverdlovsk vilayətində dövlət müdafiə sifarişini yerinə yetirən 100-dən çox zavod və şirkət var.

Məlumata əsasən, Evan Gerşkoviç Nijni Taqilə də səfər edib. Orada “Uralvaqonzavod” adlı müdafiə müəssisəsi yerləşir. Jurnalist Andrey Zaxarov Gerşkoviçin (2020-ci ildə məhkum olunmuş amerikalı Pol Uilanla birlikdə) Sloveniyada saxlanılan rus casusları - Lüdviq Qiş və Mariya Meyerlə dəyişdirilə biləcəyini bildirir. Rusiya-ABŞ kəşfiyyat tarixində “casus mübadiləsi” halları çox olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR