Onlayn ictimai-siyasi qəzet
ABŞ və Kanadada arktik şaxta nəticəsində azı 38 nəfər ölüb.
BBC xəbər verir ki, rəsmi məlumata görə, ABŞ-da 34 nəfər həyatını itirib. Ən çox zərər Nyu-York ştatının Buffalo şəhərinə dəyib.
Kanadada isə Britaniya Kolumbiyası əyalətinin qərbində Merrit şəhəri yaxınlığında buz yolda avtobusun aşması nəticəsində dörd nəfər həlak olub.
Qar fırtınası və şaxta səbəbindən yüz minlərlə insan elektriksiz qalıb. Minlərlə aviareys təxirə salınıb (AZƏRTAC).
12 Oktyabr 2024
11 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ