Onlayn ictimai-siyasi qəzet
ABŞ və İsrail Qəzzada Fələstinlilərə HƏMAS-ın nəzarəti olmadan humanitar yardımın çatdırılmasını bərpa etmək barədə razılaşma hazırlayırlar.
Musavat.com xəbər verir ki, məlumatı Axios məlumatlı İsrail və Amerika rəsmilərinə istinadən yayıb.
Bildirilir ki, "yeni mexanizm (yardımın çatdırılması üçün - İF) ehtiyacı olan insanlara dəstək verəcək, onun HƏMAS kimi terror qrupları tərəfindən yönləndirilməməsini, talan edilməməsini və ya sui-istifadə etməməsini təmin edəcək".
Müqavilə yardım əməliyyatlarının humanitar təşkilatlar tərəfindən idarə olunan və məsləhət şurası tanınmış beynəlxalq xadimlərdən ibarət beynəlxalq fond vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.
Portal qeyd edir ki, tərəflər fondun fəaliyyətini, o cümlədən humanitar yardımın alınmasını maliyyələşdirəcək donor ölkələrlə fəal danışıqlar aparır.
Bildirilir ki, iki ay əvvəl, Qəzzada atəşkəs razılaşmasının dağılmasından sonra İsrail anklava bütün humanitar yardımların - qida, su və dərman - çatdırılmasını bloklayıb və bu, humanitar böhranı daha da pisləşdirib.
İsrail rəsmiləri bildirirlər ki, atəşkəs dövründə HƏMAS Qəzzaya axan humanitar yardımın böyük hissəsini nəzarətə götürə bilib və satışlarından əldə olunan milyonlarla dolları “hərbi qanadının üzvlərinə maaş vermək üçün” istifadə edib.
Portal qeyd edir ki, İsrail rəsmiləri mexanizmin Qəzzada quru əməliyyatı genişlənməmişdən əvvəl işləməsini təmin etmək istəyirlər. Belə ki, atəşkəs və girov danışıqlarında yaranan dalandan çıxış əldə olunmasa, İsrail bu ayın sonunda Qəzzada quru hərbi əməliyyatları genişləndirmək niyyətindədir.
ABŞ və İsrail yeni mexanizmin ABŞ prezidenti Donald Trampın regiona səfəri üçün hazır olmasını istəyir. Onun mayın 13-də Səudiyyə Ərəbistanına, oradan isə Qətərə və BƏƏ-yə səfəri gözlənilir. Axios xəbər verir ki, hazırda prezidentin İsrailə də səfər edəcəyi barədə məlumat yoxdur.
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ