Onlayn ictimai-siyasi qəzet
Bu həftə İsveçrədə ABŞ və Çin arasında ticarət danışıqları keçiriləcək.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
ABŞ tərəfini Maliyyə naziri Bessent və baş ticarət danışıqları nümayəndəsi Ceymson Qrir təmsil edəcək, Çin tərəfini isə Çin Xalq Respublikası Nazirlər Şurasının vitse-prezidenti Xe Lifen müzakirələrə qoşulacaq.
Tərəflər arasında baş tutacaq görüş, xüsusilə ABŞ-ın Çinə 145%-lik tarif tətbiq etməsi və Çinin buna qarşı 125% müvafiq tariflər tətbiq etməsi ilə nəticələnmiş ticarət müharibəsinin daha da şiddətlənməsi kontekstində baş verir.
Bessent bildirib ki, danışıqların əsas məqsədi ticarət qarşıdurmasını yumşaltmaq və deeskalasiyaya nail olmaqdır. O, "biz müharibə istəmirik, biz sadəcə ədalətli ticarət istəyirik",- deyə vurğulayıb.
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ