İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Avropa Birliyi Rusiya neft və qazının asılılığından qurtulmaq üzərində çalışır

ABŞ prezidenti Co Bayden Rusiyanın enerji daşıyıcıların satışından əldə etdiyi gəlirlərdən məhrum emtək üçün yeni plan hazırladıqlarının anonsunu verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Kanalın informasiyasına əsasən, Co Bayden Brüsseldə Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Layenlə görüşü zamanı Rusiyanın neft və qaz ehtiyatlarından “qonşularını məcburetmə və onlarla manipulyasiya siyasəti həyata keçirmək” üçün istifadə etdiyini bildirib. O, Birləşmiş Ştatların Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün hər cür yardım göstərəcəyinə söz verib.

ABŞ prezidenti bunun üçün zamana ehtiyaclarının olduğunu eitraf edib.

“Son onillikdə qurulmuş qaz təchizatı zəncirlərini və infrastrukturu tənzimləmək bir az vaxt tələb edir, ona görə də biz şaxələndirilmiş infrastruktur qurarkən Avropadakı ailələrin bu qışı və növbəti qışı keçirəcəyinə əmin olmalıyıq”, - deyə Co Bayden qeyd edib.

Co Bayden və Ursula fon der Leyen Avropanın Rusiya neft və qazından asılılığından qurtulması üçün birgə işçi qrupunun yaradıldığını da açıqlayıb. Bu qrup alternativ enerjinin mənbələrinin axtarılması və gələcəkdə təbii qaza olan tələbatın azladılması üzərində çalışacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR