İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Aİ ilk dəfə dəniz təlimi keçirib

ABŞ və Avropa İttifaqı (Aİ) ilk dəfə birgə dəniz təlimi keçirib.

APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"2022-ci il dekabrın 2-də Hind-Sakit Okean üzrə Aİ-ABŞ Yüksək Səviyyəli Məsləhətləşmələrinin son raundunun qərarına uyğun olaraq, 23 və 24 mart tarixlərində Avropa İttifaqı və ABŞ birgə dəniz təlimi keçirib", - deyə məlumatda qeyd olunub.

Birgə hərbi dəniz təlimi Aİ və ABŞ-ın açıq dənizdə naviqasiya azadlığının tətbiqi və patrul xidməti çərçivəsində baş tutub.

Təlimdə ABŞ-dan "USS PAUL HAMILTON", həmçinin Aİ-nin Hərbi Dəniz Qüvvələrinin Atalanta əməliyyatından İspaniyanın “REINA SOFIA” gəmisi və İtaliyanın “CARLO BERGAMINI” gəmisi iştirak edib.

Təlimə birgə fəaliyyət, inteqrasiyanı təkmilləşdirmək üçün nəzərdə tutulmuş prosedurlar daxildir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR