Onlayn ictimai-siyasi qəzet
ABŞ Ukraynaya silah-sursat da daxil olmaqla 125 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb.
Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
Pentaqon dəqiqləşdirib ki, paketə, xüsusən də HIMARS reaktiv yaylım atəş sistemləri, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, daşına bilən “Stinger” hava hücumundan müdafiə sistemləri, AT-4, TOW və Javelin tank əleyhinə raket sistemləri üçün döyüş sursatları daxil olacaq.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ