İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ Ukraynaya Rusiya ərazisinə zərbə endirməmək şərtilə silah ötürür”

Amerikalı jurnalist Andreas Klut “Bloomberg”dəki köşə yazısında bildirib ki, Ukraynaya yeni silahların təhvil verilməsi ölkə ordusunun Qərbin Rusiya kimi tanıdığı ərazilərə zərbə endirməməsi şərtinə bağlıdır.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün xarici silahlardan istifadə edə bilməz, çünki bu, genişmiqyaslı münaqişəyə gətirib çıxara bilər.

“Rusiyanın nüvə doktrinasına görə, ölkə ərazisinə zərbə Kremlin qırmızı xəttini keçmək deməkdir”, - köşə yazarı bildirib.

Qeyd edək ki, sonuncu dəfə bugünlərdə ABŞ Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını elan edib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR