İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya bu müasir tankları göndərəcək

ABŞ hakimiyyəti Ukraynaya Abrams tanklarının daha müasir versiyası olan M1A2-ləri tədarük etməyə hazırlaşır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Tankın bu versiyası ABŞ ordusunun yaxın illərdə “təqaüdə çıxacaq” A1-in köhnə versiyasından daha mürəkkəb optika və idarəetmə sistemlərinə malikdir.

M1A2 versiyası ekipajlara “dost” nəqliyyat vasitələrini tez izləməyə, düşmən mövqelərini təyin etməyə və artilleriya nöqtələrini dəqiq müəyyənləşdirməyə kömək edir.

Mənbələrdən birinə görə, ABŞ hakimiyyətinin Ukraynaya vəd etdiyi 31 ədəd “Abrams” tankı məxfi zirehlər olmadan çatdırılacaq. Çünki ABŞ qanunları yüksək məxfiliklə qorunan bu cür zirehli ixracını qadağan edir. Buna rəğmən başqa ölkələrə ixrac edilə biləcək başqa zireh növləri də var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR