İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya 50 milyard verməyə hazırdır - bir şərtlə...

Avropa İttifaqı anti-Rusiya sanksiyalarını qeyri-müəyyən müddətə uzadacağı təqdirdə Birləşmiş Ştatlar Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına Ukraynaya 50 milyard dollarlıq kredit verməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin xəbərinə görə, bu təklif bu gün Aİ-nin maliyyə nazirlərinin görüşündə müzakirə olunacaq.

Hazırda Aİ-nin sanksiyaları 6 aydan bir uzadılır. Kreditin təfərrüatları - faiz dərəcəsi, ödəniş şərtləri və verilməsi mexanizmi hələ dəqiqləşdirilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR