İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukrayna üçün bunu da etdi: Sovetdənqalma silahlardan...

"Associated Press" Agentliyinin Pentaqondakı mənbəyə istinadən yaydığı məlumata görə, Amerikalı mühəndislər ukraynalılarla birlikdə sovet dövründən qalma ”Buk” hava hücumundan müdafiə sistemində dəyişiklik ediblər.

Musavat.com-un məlumatına görə, agentlik qeyd edir ki, Birləşmiş Ştatlar radarlardan və tərəfdaşların təqdim etdiyi digər hissələrdən yeni raket buraxıcı qurğu yarada bilib.

Sistem ABŞ-ın Kiyevə son yardım paketinə daxil etdiyi AIM-9M Sidewinder raketlərini buraxa biləcək.

Bundan əlavə, Amerikalı mühəndislər ukraynalılarla əməkdaşlıq edərək sovet dövründən qalma “Buk” hava hücumundan müdafiə qurğusunu ABŞ-da çox olan RIM-7 raketlərini buraxa bilməsi üçün təkmilləşdiriblər. Ukraynada “Buk” sistemləri çoxdur, lakin onlar üçün raketlərin sayı getdikcə azalır.

Rəsminin sözlərinə görə, bu sistemlərin hər ikisi payızda Ukraynaya çatdırılacaq.

Agentliyin yazdığına görə, bu yeniliklər ABŞ-a Konqres müdafiə yardımı üçün yeni büdcəni təsdiq edənə qədər Ukraynaya silah çatdırmağın bir yoludur. Pentaqonun hələ də ehtiyatından Ukraynaya silah göndərmək üçün istifadə edə biləcəyi 5,4 milyard dollarlıq paketi var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR