İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Azərbaycan tandemi Suriyada Rusiya-İran təsirini məhv edir

Suriya Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri, Azərbaycanın Türkiyə ilə birlikdə bu ölkənin enerji təminatında iştirakı İran, Rusiya və Ermənistan mediasının gündəmindən düşmür.

Musavat.com xəbər verir ki, xüsusilə Bakıda əldə olunan razılaşmaları hər üç ölkə özü üçün təhlükə kimi qiymətləndirir.

Belə ki, “Rıbar”ın tematik layihəsi olan “Kavkazar” Telegram kanalı razılaşmanın Türkiyənin Azərbaycanın köməyi ilə Yaxın Şərqi öz geostrateji baxışlarına uyğun formatlaşdırması kimi qiymətləndirir: “Türkiyə Yaxın Şərqi öz geostrateji baxışlarına uyğun formatlaşdırmaq üçün əsas vasitə kimi “mavi yanacaq”dan istifadə edir. Ankara-Bakı-Dəməşq enerji alyansı İranı Suriyanın qaz bazarından sıxışdırıb çıxara bilər. Eyni zamanda Rusiya müharibədən sonrakı Suriyada əsas oyunçu statusunu itirmək riski ilə üzləşir”.

Telegram kanalı Suriyanın yeni lideri Əhməd əl-Şaraanın Bakıya səfərini, bu səfər zamanı Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə Suriya hökuməti arasında energetika sahəsində memorandum imzalanmasını belə şərh edib: "Nə baş verir: Türkiyə və Azərbaycan enerji diplomatiyası vasitəsilə Yaxın Şərqdə təsirlərini gücləndirirlər; Azərbaycan Türkiyənin maraqları üçün bir kanaldır: SOCAR türk təsirinin dövlətlərüstü aləti kimi çıxış edir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR