Onlayn ictimai-siyasi qəzet
Salyanda avtomobilin su kanalına aşması nəticəsində üç nəfər ölüb.
Hadisə Parça Xələc kəndində qeydə alınıb. Belə ki, rayonun Seyidan kəndindən Gəncəli kəndinə doğru hərəkətdə olan “QAZ-31” markalı avtomobil yolun kənarındakı su kollektoruna düşüb.
Qəza nəticəsində Gəncəli kənd sakinləri; 1971-ci il təvəllüdlü Qafarov Sərraf Abbasağa oğlu, 1989-cu il təvəllüdlü Dəmirov Camal Mürşüd oğlu və 1987-ci il təvəllüdlü Həsənov Ramiq Vahil oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.//Report
16 Iyul 2025
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ