Onlayn ictimai-siyasi qəzet
ABŞ gələcəkdə Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya Amerika silahlarından istifadə icazəsinin genişləndirilməsi imkanını istisna etmir.
Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.
C.Kirbi icazənin mümkün genişləndirilməsi ilə bağlı təfərrüatları açıqlamayıb. O, hələ qəbul edilməmiş qərarlarla bağlı özünü qabaqlamaq istəmədiyini qeyd edib.
"Bildiyiniz kimi, döyüş meydanının şərtləri dəyişdikcə biz Ukraynaya dəstəyimizi inkişaf etdirdik və dəyişdik. Mən indiki ümumi yanaşmanın yaxın həftələrdə və ya aylarda dəyişəcəyini gözləməzdim. Baxaq, vəziyyət necə inkişaf edəcək və ukraynalılara nə lazım olacaq", - deyə o bildirib.
Ağ Ev rəsmisi qeyd edib ki, Volodimir Zelenski daha çox vəsait almaq və bu vəsaitlərdən istifadə etmək üçün daha geniş imkanlara sahib olmaq istəyir, çünki ölkəsi davamlı hücuma məruz qalır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ