İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Suriyada İrana məxsus pilotsuz təyyarəni vurdu - FOTO

ABŞ silahlı qüvvələri Suriyada İran istehsalı olduğu ehtimal edilən pilotsuz uçuş aparatını vurub. Pilotsuz təyyarə Amerika hərbi bazasının ərazisində kəşfiyyat aparan zaman vurulub.

Musavat.com “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda qeyd edilib ki, fevralın 14-də yerli vaxtla təxminən saat 14:30-da Suriyadakı ABŞ qüvvələri atəş açıb və İran istehsalı olan PUA-nı vurub. PUA Suriyanın şimal-şərqindəki Konoko patrul bazası üzərində kəşfiyyat aparmağa cəhd edib.

Qurumun səhifəsində həmçinin iki fotoşəkil yayımlanıb ki, fotolarda PUA-nın və onun partladılması anının görüntüləri əks olunub.

CENTCOM-un açıqlamasında hadisə ilə bağlı başqa təfərrüat verilməyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR