İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ senatoru: “Putin buna cəsarət etməyəcək”

ABŞ senatoru, respublikaçı Cim Rişin fikrincə, Rusiyanın Ukraynaya qarşı savaşının nüvə müharibəsinə çevrilməsi ehtimalı azdır.

Musavat.com xəbər verir ki, bu barədə Cim Riş Halifaks Təhlükəsizlik Forumunda danışıb.

Senator nüvə silahına malik olmaq faktının onlardan istifadə imkanını da yaratdığı fikri ilə razılaşdığını bildirib, lakin onun rəyinə görə, indiki halda bu, mümkün görünmür.

“Mən hesab edirəm ki, Putinin bu müharibə zamanı etməyəcəyi iki şey var. Birincisi, nüvə silahından istifadə, ikincisi, NATO-ya üzv dövlətlərə hücum etmək. Çünki nüvə soyqırımına əl atmaq anlaşılmaz bir şeydir. NATO ölkəsinə hücum edəcəyi təqdirdə isə o, 30 (bu yaxınlarda 32 olacaq) Alyans dövlətini qarşısına almalı olacaq”, - deyə Cim Riş bildirib.

Amerikalı senatorun fikrincə, nüvə savaşının qarşısının alınması naminə məğlubiyyətlə üzləşmə ərəfəsində Putin üçün müharibədən “çıxış nöqtəsi” yaradılmalıdır: “Biz xəbərlərdə görürük ki, Putinin Rusiyada nüfuzu günbəgün azalır. Bu baxımdan onun özü də müharibəni dayandırmağa imkan verəcək çıxış yoluna ehtiyac duyur”.

Bununla belə, ABŞ senatoru Ukraynadan Krımı güzəştə getməsini gözləmədiyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR