İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Senatı büdcə layihəsini təsdiqləyib

ABŞ Senatı 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollarlıq federal büdcə təklifini təsdiqləyib.

APA xəbər verir ki, səsvermənin nəticələrinə əsasən senatorlar 4155 səhifəlik qanun layihəsini qəbul ediblər. Layihə baxılması üçün Nümayəndələr Palatasına göndəriləcək. Burada müdafiə üçün 858 milyard dollar, Ukrayna və NATO müttəfiqlərinə yardım üçün isə 45 milyard dollar ayrılıb.

Eyni zamanda, bu ilin büdcəsində Ukraynaya ümumi dəstək 13,6 milyard dollar səviyyəsində göstərilib ki, bu da 2023-cü ildə nəzərdə tutulandan təxminən üç dəfə azdır.

Sənəd prezident Bayden tərəfindən bu gün imzalanacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR