İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ seçkilərdən sonra da Ukraynaya kömək etməlidir”- Bayden

ABŞ prezidenti Co Bayden Konqresə aralıq seçkilərdən sonra da Vaşinqtonun Ukraynaya yardımını davam etdirəcəyinə ümid edir.

Azpost.info xəbər verir ki, o, bu barədə səsvermənin ilkin nəticələrini şərh edərkən bildirib.

Baydenin fikrincə, ABŞ seçkilərdən sonra da Ukraynaya kömək etməlidir.

Qeyd edək ki, respublikaçılar aralıq seçkilərdə qələbə qazanacaqları təqdirdə Kiyevə hərbi və humanitar yardımın necə çatdırılmasına nəzarəti gücləndirəcəklərini vəd etmişdilər.

Eyni zamanda, Bayden ABŞ-ın Kiyevi yalnız həqiqətən zəruri hesab etdikləri hərbi yardımla təmin etdiyini deyib.

Bayden qeyd edib ki, müxalif Respublikaçılar Partiyasının bu seçkilərdəki uğurları gözlənildiyi qədər böyük görünmür. Hazırkı nəticələrə görə, demokratlar Nümayəndələr Palatasına nəzarəti itirir, lakin Senatda çoxluğu əldə etmək şanslarını qoruyub saxlayırlar. Hər şey Arizona və Nevada ştatlarında davam edən səslərin hesablanması və dekabrın 6-na planlaşdırılan ikinci turdan sonra məlum olacaq.

Bayden respublikaçı həmkarları ilə işləməyə hazır olduğunu da bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR