İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ sahil mühafizəsi "Titan"ın fraqmentlərini və insan qalıqlarını aşkar edib

ABŞ-a məxsus sahil mühafizəsinin mütəxəssisləri Atlantik okeanında batmış "Titan" batiskafının fraqmentlərini və insan qalıqlarını aşkar ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

"ABŞ sahil mühafizəsinin dəniz qəzalarının təhqiqat komissiyasının təhlükəsizlik mühəndisləri "Titan"ın qalıqlarını və sübutlarını Şimali Atlantik okeanının dibindən tapıb çıxarıblar", - bəyanatda deyilir.

Sahil mühafizəsi mütəxəssislərin "kataloqlaşdırma və təhlil üçün" limana sübut göndərdiyini qeyd edib. “Həmçinin, şübhəli insan qalıqları "Titan"ın dağıntıları altından diqqətlə çıxarılaraq analiz üçün amerikalı həkimlərə göndərilib”, - məlumatda deyilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR