İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyadan brilyant alan Hindistan şirkətlərini cəzalandırır – Ermənistanı nə zaman görəcək?

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiya almazı idxal edən Hindistan zərgər şirkətlərinin hesablarında 26 milyon dollar vəsaitini dondurub.

Musavat.com "The Economic Times"a istinadən xəbər verir ki, dondurulan hesablar əsasən Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçən Hindistan mənşəli ofşor şirkətlərdir. Bu şirkətlərin Rusiyadan xammal aldıqları ehtimal olunur.

Hindistan və BƏƏ qurumları məsələ ilə bağlı ABŞ Maliyyə Nazirliyilə təmasa keçiblər.

Qeyd edək ki, Rusiya almazlarının BƏƏ-yə çatdırılmasında əsas vasitəçi Ermənistandır. 2022-ci il ərzində Ermənistanın brilyant ixracı 4 dəfə artaraq 418 milyon dollara yüksəlib. Rusiyadan brilyantı alan ermənilər onu digər ölkələrə, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinə satıblar. Bu ilin 5 ayında Ermənistanla BƏƏ arasında ticarət 5,2 dəfə artmaqla 465 milyon 106 min dollara çatıb. Ermənistanın 5 aylıq ixracının 621 milyon 409 min dollarını (3,4 dəfə artım) “qiymətli və yarımqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar” təşkil edib.

ABŞ Maliyyə Nazirliyinin nə zaman Ermənistanın bu fəaliyyətini görəcəyi maraq doğurur...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR