Onlayn ictimai-siyasi qəzet
ABŞ Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə Ukraynanın Rusiyaya güzəştə getməyə hazırlığını sınayacaq. Danışıqlar çərşənbə axşamı baş tutacaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nümayəndə heyəti Kiyevin mövqeyini anlamaq istəyir.
“Röyter”in verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə Amerika nümayəndə heyəti Ukraynanın münaqişəyə son qoymaq üçün Rusiya ilə ciddi kompromislərə hazır olub-olmadığını öyrənmək niyyətindədir.
Danışıqlarda çevikliyin vacibliyini vurğulayan rəsmilərdən biri deyib ki, “Mən sülh istəyirəm” və “Mən heç bir məsələdə güzəştə getməkdən imtina edirəm” demək mümkün deyil.
İkinci ABŞ nümayəndəsi qeyd edib ki, Vaşinqton Kiyevin real niyyətlərini qiymətləndirmək istəyir.
“Biz görmək istəyirik ki, ukraynalılar təkcə sülhdə deyil, real sülhdə maraqlıdırlar. Əgər onları yalnız 2014 və ya 2022-ci il sərhədləri maraqlandırırsa, bu çox şey deyir”, - nümayəndə bildirib.
Amerikalıların fikrincə, bu, Ukraynanın sülh prosesinə yanaşmasının nə dərəcədə praktik olduğunu göstərəcək.
Bundan əlavə, ABŞ nümayəndə heyəti Kiyevin Ağ Evdəki son qalmaqaldan sonra Donald Tramp administrasiyası ilə münasibətləri yaxşılaşdırmağa nə dərəcədə hazır olduğunu öyrənməyi planlaşdırır.
Görüşün çərşənbə axşamı baş tutacağı gözlənilir.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ