İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiya Baş Qərargah rəisinə hücumun qarşısını necə alıb?

Vaşinqton Ukraynanın kəşfiyyat məlumatlarına görə Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimovun olduğu bir nöqtəni vurmasının qarşısını almağa çalışıb.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, yazda ABŞ kəşfiyyatı Gerasimovun Ukrayna cəbhəsinə gözlənilən səfərindən xəbər tutsa da, bu məlumatı Kiyevdən gizlətməyə çalışıb. Lakin bu mümkün olmayıb. Qeyd edək ki, bir müddət əvvəl Qərb mediası Ukrayna ordusunun Rusiya qoşunlarının fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatlarının bir hissəsini real vaxt rejimində aldığını yazırdı.

Materialda yazılana əsasən, Vaşinqton Ukraynadan Gerasimovun yerləşdiyi qərargaha hücum etməməyi xahiş edib. Ukrayna hərbçiləri isə zərbənin artıq endirildiyini söyləyiblər. ABŞ rəsmiləri Rusiya Təhlükəsizlik Şurasının da tərkibinə daxil olan Baş Qərargah rəisinin ölümünün Rusiya ilə ABŞ arasında müharibəyə səbəb ola biləcəyi ehtimalından çəkindiklərini etiraf ediblər.

Qeyd edək ki, Ukrayna İzyumdakı Gerasimovun qərargaha gələcəyindən mayın əvvəlində xəbər tutub. Ordu generalının Kiyevə hücumu şəxsən idarə etmək gəlibmiş.

Beləliklə qəzet Ukrayna ordusunun Rusiya ordusunun komandanının olduğu nöqtəyə zərbə vuracağı barədə məlumatların ABŞ tərəfindən qarşı tərəfə ötürülə biləcəyinə işarə vurub.

67 yaşlı Gerasimov 2012-ci ildən Rusiya Baş Qərargahına rəhbərlik edir. Ukrayna qoşunlarının ali baş komandanı Valeri Zalujnı sentyabrda Time jurnalına müsahibəsində rus generalını əsas hərbi nəzəriyyəçi adlandırmışdı. "Düşünürəm ki, bütün hərbi elmlər Rusiyada cəmləşib. Mən onunla birlikdə oxumuşam. Onun indiyə qədər yazdığı hər şeyi oxumuşam",-deyə o, bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR