İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ rus ordusunun rəhbərliyindəki təyinatları diqqətlə izləyir - Pentaqon

ABŞ administrasiyası Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına rəhbərlik edəcək yeni təyinatları diqqətlə izləyir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu cümə axşamı jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun sözçüsü, hərbi hava qüvvələrinin briqada generalı Patrik Rayder deyib.

Ondan Rusiya ordusunun baş qərargah rəisi Valeri Gerasimovun birləşmiş qüvvələr qrupunun komandanı təyin edilməsinə münasibət bildirməsi xahiş olunub. “Biz Rusiyanın Ukraynadakı hərbi kontingentinin komandanlığında kadr dəyişiklikləri ilə bağlı bəyanatlarından xəbərdarıq. Biz bunu izləməyə davam edirik. Bunun Ukraynadakı döyüş meydanındakı vəziyyətə necə təsir edə biləcəyi barədə danışmayacağam", - general deyib.

O, iddia edib ki, yeni təyinatlar yəqin ki, müharibənin başlanmasından bəri Rusiya silahlı qüvvələrinin üzləşdiyi bəzi sistemli problemləri əks etdirir. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR