İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ PUA-sı Rusiya sərhədinə yaxınlaşdı: Qırıcılar səmaya qaldırıldı

ABŞ-ın "RQ-4B Global Hawk" pilotsuz təyyarəsi Qara dənizdə Rusiya sərhədinə yaxınlaşdığı üçün "Su-27" qırıcısı səmaya qaldırılıb.

Musavat.comKommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sərhəd pozuntusu olmayıb.

"Rusiya dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün Hava Hücumundan Müdafiə qüvvələrinin növbətçi "Su-27" qırıcısı havaya qaldırılıb. Rusiya qırıcısı yaxınlaşanda ABŞ PUA-sı geri dönüb“, - deyə nazirliyin teleqram kanalında bildirilib.

Xatırladaq ki, avqustun 28-də Rusiya hərbçiləri ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki pilotsuz təyyarənin, "MQ-9 Reaper" və "RQ-4 Global Hawk"ın Qara dəniz üzərində uçuşunu qeydə alıb.

Sukhoi_su-27_blue_flying_in_sky.jpg (347 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR