Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Rusiya ilə Azərbaycan arasında son gərginliklə bağlı danışıqların nəticələrinə əsasən vəziyyətin ya daha da pisləşə, ya da sabitləşə biləcəyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə o, “lenta.ru” saytına müsahibəsində danışıb.
Ermənipərəst mövqeyi ilə tanınan rus deputat Azərbaycana şər atmaqdan çəkinməyib və “rusiyalı vətəndaşların turist, işgüzar və digər məqsədlərlə Azərbaycana səfər etməsinin təhlükəli olduğunu” söyləyib.
Zatulin əlavə edib ki, vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi diplomatik səylərdən asılı olacaq, lakin Azərbaycanın rusiyalıları saxlamaqda davam etməsi halında, Moskva bu ölkəyə səfərdən çəkinməyi tövsiyə etməyə məcbur qala bilər.
O, baş verənlərdən dərs çıxarılmasının vacibliyini vurğulayaraq, vəziyyətin istənilən istiqamətdə dəyişə biləcəyini də istisna etməyib.
Musavat.com
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ