İnsanlara hürriyət, millətlərə istiqlal!

LC Waikiki”dən yanğınla bağlı açıqlama: “Bizim anbar yanmayıb”


“LC Waikiki” mağazalar şəbəkəsinin Binəqədi rayonunda yerləşən anbarında yanğın baş verməsi ilə bağlı məlumat vermişdik.

“LC Waikiki” mağazalar şəbəkəsinin marketing direktoru Mehriban Fətəliyeva Musavat.com-a açıqlamasında bildirib ki, yanğın şirkətə məxsus anbarda yox, ona bitişik anbarda baş verib.

“Bu məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Şirkətimizin heç bir deposunda yanğın hadisəsi baş verməmişdir və hazırda bütün əməliyyatlarımız adi qaydada davam edir.

LC Waikiki olaraq müştəri məmnuniyyəti və təhlükəsizliyini hər zaman ön planda saxlayırıq. Bu cür yanlış informasiyaların yayılması narahatlıq yaratmaqla yanaşı, ictimai rəyi çaşdıra bilər”,- deyə Mehriban Fətəliyeva açıqlamasında bildirib.

Mövzu ilə bağlı əlavə məlumat verəcəyik.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR