Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu bildirib.
Musavat.com-un məlumatına görə, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə M.Karpenter ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayıb.
Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirib ki, ABŞ-nin bu prosesin irəli aparılmasında qəti dəstəyi var.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ