İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusu Somalidə 12 terrorçunu məhv edib

ABŞ ordusu Somalidə “Əl-Şəbab” terrorçu qruplaşmasının üzvlərinin cəmləşdiyi ərazidə əməliyyat keçirib, 12 terrorçu məhv edilib.

Bu barədə “Report” “CNN”ə istinadən xəbər verir.

Qeyd olunub ki, hücum paytaxt Moqadişudan 472 kilometr aralıda yerləşən yaraqlıların bazasına edildiyi üçün mülki əhali zərər çəkməyib.

Xatırladaq ki, yanvar ayında ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində “Əş-Şəbab” terrorçu qruplaşmasının 30-a yaxın üzvü öldürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR