İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ noyabrın əvvəlində Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

ABŞ NASAMS zenit-raket komplekslərini noyabrın əvvəlində Ukraynaya təhvil verməyi, eyni zamanda ukraynalı hərbçilərə bu silahlardan döyüşdə istifadə qaydalarını öyrətməyə başlamağı planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin keçirdiyi mətbuat konfransında bildirib.

Onun fikrincə, hazırda Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.

ABŞ raket hücumlarından və pilotsuz uçuş aparatlarından qorunmaq üçün onu öz ehtiyatlarından “Hawk” sistemləri ilə təchiz etmək imkanını nəzərdən keçirir.

“Biz Ukraynaya təcili dəstək üçün mümkün qədər çox hava hücumundan müdafiə vasitələri ilə təmin etmək üçün hər cür səy göstəririk”, - Ostin əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR