İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin Zəngəzur dəhlizinə marağının artmasına ilginc reaksiya  

Ermənistanın və İranın Təhlükəsizlik Şurasının katibləri arasında telefon danışğının Zəngəzur dəhlizinin 100 illiyə ABŞ şirkətinə icarəyə veriləcəyinin mümkünlüyü haqda Nikol Paşinyanın açıqlamasından bir gün sonra baş verməsi təsadüf deyil. 

Deputat Sahib Alıyev bunu Musavat.com-a açıqlamasında söyləyib. ABŞ-nin Zəngəzur dəhlizinə marağı və təhlükəsizliyin təminatını üzərinə götürmək niyyətindən, həmçinin Ermənistan və İrandan verilən reaksiyalardan  bəhs edən S.Alıyev bunları söyləyib: “Ermənistan baş naziri bu haqda danışarkən nəyi vurğuladı? Dedi ki, ABŞ şirlətinə icarəyə verildiyi təqdirdə Ermənistan dəhliz üzərində suverenliyini qoruyub saxlayacaq. İranın Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və həmə  ölkənin İrəvandakı həm də səfiri Sonhani nə deyir? Deyirlər ki, İran Ermənistanın dəhliz üzərində suverenliyinin qalması şərti ilə onun işə düşməsinə razıdır.

Beləliklə, İran rəsmiləri ya  Zəngəzur dəhlizi ABŞ şirkətinə icarəyə verildiyi təqdirdə onun üzərində Ermənistanın suverenlyinin olmayacağını, yəni Paşinyanın baş aldatdığını bilirlər, o səbəbdən də verdikləri həmən açıqlamada suverenlik məsələsini qabartmaqla dəhlizin ABŞ şirkətinə icarəyə verilməsinin əleyhinə  çıxdıqlarını dolayı yolla çatdırırlar. 

Yaxud da Tehran rejimi  “dəhliz kimə istəyir, icarəyə verilsin, təki Azərbaycan və Türkiyə istədiyi rejimdə işləməməsin” məntiqindən çıxış edərək belə fikir səsləndirirlər”.

Elşad,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR