İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin qərbinə və şimalına güclü qar fırtınası yaxınlaşır

ABŞ-nin Milli Meteorologiya Xidməti ölkənin qərbinə və şimalına yaxınlaşan qar fırtınası səbəbindən 28 ştatda yüksək təhlükə səviyyəsi elan edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, güclü qar və külək 60 milyon insana təsir edəcək.

Kəskin hava şəraiti ilə əlaqədar Şimali və Cənubi Dakota, Minnesota və Viskonsin ştatlarında məktəblər və ofislər bağlanıb. Yerli hakimiyyət orqanları sakinləri vacib olmadıqda evlərini tərk etməməyə çağırıb. Kaliforniyada fırtına səbəbindən on minlərlə insan elektriksiz qalıb, Minneapolis, Denver və Solt-Leyk-Siti şəhərlərində isə yüzlərlə aviareys ləğv olunub.

Sinoptiklərin proqnozuna görə, fırtınanın təsirinə məruz qalması gözlənilən regionlarda küləyin sürəti saatda 50 kilometrə çatacaq, havanın temperaturu isə mənfi 30 dərəcəyə enəcək. Həmçinin güclü qar yağması avtomobil yollarında hərəkəti çətinləşdirəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR