Onlayn ictimai-siyasi qəzet
ABŞ 2024-cü ilin birinci yarısında Almaniyanın ən böyük ticarət tərəfdaşı kimi Çini geridə qoyub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın statistika idarəsi məlumat yayıb.
Verilən rəsmi informasiyaya əsasən Almaniyanın ABŞ-la idxalı və ixracı yanvar-iyun ayları arasında təxminən 127 milyard avro (139 milyard dollar), Çin ilə isə 122 milyard avro təşkil edib. ABŞ artıq birinci rübdə Çini qabaqlayıb.
Qeyd edək ki, 2023-cü ildə Çin səkkiz il ardıcıl olaraq Almaniyanın bir nömrəli tərəfdaşı kimi qalıb.
Son dəyişkliyin rəsmi Berlinin anti-Çin siyasəti ilə bağlı olduğu gələn xəbərlər arasındadır. Almaniya kommunist rejimi “qeyri-vicdani” rəqabət aparmaqda suçlayır.
Alman Ticarət və Sənaye Palatasının (DIHK) xarici ticarət üzrə eksperti Lola Maxlayd ABŞ iqtisadiyyatının gücünün Almaniyanın ixracını artırmağa kömək etdiyini söyləyib.
Ümumilikdə, Almaniyanın ABŞ-a ixracı altı ayda 3,3% artaraq 81 milyard avroya, Çinlə ticarət isə təxminən 3% azalaraq 48 milyard avrodan bir qədər çox olub. Çindən idxal təxminən 8% azalaraq 73,5 milyard avroya düşdüyü halda, ABŞ-dan idxal 3,4% azalaraq 46,1 milyard avroya çatıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ