İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ “Müsəlman Qardaşlar”ı terror təşkilatı kimi tanıya bilər

ABŞ prezidenti Donald Trampın administrasiyası “Müsəlman Qardaşlar” təşkilatının terrorçu təşkilat kimi tanınması ilə bağlı qanun layihəsini gözədn keçirir.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə ABŞ senatoru Ted Kruzun mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, müvafiq qanun layihəsi senator tərəfindən Senata təqdim olunub. Sənəd ABŞ ərazisində “Müsəlman Qardaşlar” təşkilatının rəsmi şəkildə terrorçu təşkilat kimi tanınmasını nəzərdə tutan yeni strategiyanı ehtiva edir.

Ted Kruzun sözlərinə görə, “Müsəlman Qardaşlar” ABŞ və onun müttəfiqləri üçün milli təhlükəsizlik baxımından təhdid yaradır və Yaxın Şərqdə, eləcə də Avropada bir çox ölkələr bu təşkilatı artıq terrorçu elan ediblər.

Mətbuat xidmətinin qeyd etdiyinə görə, oxşar bir qanun layihəsi daha əvvəl ABŞ Nümayəndələr Palatasına da təqdim olunmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR