İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ milyarderləri üzərində “Epşteyn kabusu”

“Google”un həmtəsisçisi Sergey Brin və daha üç milyarder azyaşlı qız uşaqlarına cinsi zorakılıq tətbiq etməkdə və onları milyarderlərə satmaqda günahlandırılan Cefri Epşteynin işi üzər prokurorluğa çağırılıblar. Milyarder Epşteyn 2019-cu ilin avqustunda saxlanıldığı həbsxanada müəmmalı şəkildə ölüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın Virgin adaları “JP Morgan” bankının yüksək vəzifəli şəxslərinin Epşteynin “seks ticarəti”nə göz yumması ilə bağlı araşdırmaya başlayıb.

Təhqiqatın gedişində “Hyatt Hotels”in icraçı sədri Tomas Pritsker və daşınmaz əmlak investoru Mort Sukerman da çağırış vərəqələri alıblar.

“Disney”in keçmiş icraçı direktoru, sonradan vençur kapitalistinə çevrilmiş Maykl Ovitzdən də məsələ ilə bağlı məlumat verməsi istənilib. “JP Morgan”ın sədri və baş direktoru Ceymi Daymonun da istintaq çərçivəsində dindirilməsi gözlənilir.

Qeyd edək ki, 1998-ci ildə Larri Peyc ilə birlikdə “Google”u quran Sergey Brin “Forbes”un hesablamalarına görə, 85,6 milyard dollar dəyərində sərvəti ilə məhkəməyə verilənlər arasında ən zəngini sayılır. Pritsker və Sukermanın sərvəti müvafiq olaraq 5,3 milyard və 2,3 milyard dollar dəyərində qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR